Bu il I ixtisas qrupu üzrə plan yerləri ötən illə müqayisədə 1,96 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu qrupdakı yerlərin sayı 299-dur: “Bu il yeni ixtisaslar da var. Yaxud da keçən il olan bəzi ixtisaslar bu il siyahıda yoxdur”.

M.Abbaszadə əlavə edib ki, I qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15 373 nəfər təşkil edir.