Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.

“Report” xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə olunub.