“Abidələrdəki tariximiz” layihə təşəbbüsü çərçivəsində hazırlanan videoçarx təqdim edilib.

“Qərb Xəbər”in məlumatına görə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşı Elmar Rzalının mentorluğu ilə reallaşan layihə təşəbbüsünün məqsədi tarixi abidələrin gənclər arasında təbliğ edilməsi, tarixi abidələrin qorunması, tanıdılması istiqamətində maarifləndirmə işinin aparılması və gənclərdə vətənə sevgi və vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır.

 “Abidələrdəki tariximiz” layihə təşəbbüsü UNICEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Arasdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, İnkişaf et, Töhfə ver” layihəsi çərçivəsində gerçəkləşir.

Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.