Tovuz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Köhnəqala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.