“Bu il üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər daha çox musiqi, təsviri incəsənət, fiziki tərbiyə və ibtidai siniflər üzrə təqdim olub”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. 

Şöbə müdiri qeyd edib ki, tarix, coğrafiya, alman dili və digər xarici dillər üzrə vakant yerlər daha azdır.