Tovuz rayonunun Ağdam kəndi istiqamətində gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində şəhid olanların xatirəsi bütün ölkədə olduğu kimi, döyüşlərin getdiyi Tovuzda da əbədiləşdirilib.

“Qərb Xəbər”in məlumatına görə, sakinlərin istirahətə gəldiyi xiyaban, bu gün ziyarətgaha çevrilib.

Tovuz rayonunun Əyyublu kəndində Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi xiyabanda indi “iyul şəhidləri”nin foto və adları yer alan böyük lövhələr quraşdırılıb.

Həmin döyüşlərdən cəmi bir ay keçməsinə baxmayaraq, şəhidlər üçün abidə qoyulub. Abidəyə “Şəhidlər ölməz, Vətən bölünməz” sözləri həkk olunub.

Parka Cəmaləddin Məmmədov adlı şəxs isə könüllü gözətçilik edir. Özü də sevimli hərbi forması ilə…