Tovuzda gənc oğlan Kürdə batıb.

“Qərb Xəbər”in məlumatına görə, hadisə Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində baş verib. Nəticədə rayonun Cəlilli kənd sakini 24 yaşlı Ümid Qasımov dünyasını dəyişib.

Onun meyiti tapılaraq Məhkəmə Tibbi Ekspertiza Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib. Meyit müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.