Peşə təhsili müəssisələrinə elektron sənəd qəbulunun birinci mərhələsi başa çatıb.

“Report” xəbər verir ki, qısa müddət ərzində boş qalmış yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək.

I mərhələdə olduğu kimi, II mərhələdə də elektron qaydada qeydiyyatdan keçməklə müraciət ünvanlamaq mümkündür.

Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə yaxın günlərdə məlumat veriləcək.