Tovuzda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İbrahimhacılı kənd sakinləri E.Bağırov və A.Məhərrəmov saxlanılıb.