“Abidələrdəki tariximiz” layihə təşəbbüsü çərçivəsində “Dünənimiz, bu günümüz, gələcəyimiz” adlı onlayn seminar keçirilib. “Zoom” proqramı vasitəsilə reallaşan tədbirdə mühazirəçi əməkdar müəllim, tarixçi Mustafa Mirzəyev olub.

Gənclərə seminar ərzində “Qazax” toponimi, rayonun tarixi, burada yerləşən tarixi memarlıq abidələri, arxeoloji abidələr, xatirə memorial və memarlıq kompleksləri, heykəltəraşlıq abidələri və dekorativ tətbiqi sənət nümunələri haqqında ətraflı məlumat verilib. Onlayn seminarda son olaraq iştirakçıların sualları cavablandırılıb.

“Abidələrdəki tariximiz” layihə təşəbbüsü UNICEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, İnkişaf et, Töhfə ver” layihəsi çərçivəsində gerçəkləşir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

Layihə təşəbbüsünün məqsədi tarixi abidələrin gənclər arasında təbliğ edilməsi, tarixi abidələrin qorunması, tanıdılması istiqamətində maarifləndirmə işinin aparılması və gənclərdə vətənə sevgi və vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır.