Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.

Səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.