Qazax şəhərində yerləşən Məmməd Əmin Rəsulzadə küçəsinə yeni asfalt örtüyünün çəkilməsi yekunlaşır.

Bu barədə Qazax rayon icra hakimiyyəti məlumat yayıb.

Hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi davam etdirilir. İşlər yekunlaşan kimi bura da yeni asfalt çəkilməsi nəzərdə tutulub.

Bundan əlavə, şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Z.Tağıyev, M.P.Vaqif küçələrində səkilərə yeni tamet döşənir, beton vurulur.

Məmməd Əmin Rəsulzadə küçəsi

  Yeni tamet vurulan Azadlıq küçəsi 

 Yeni tamet vurulan Molla Pənah Vaqif küçəsi