“Xocalıda bütün dünyanın gözü qabağında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil”.

“Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycanlı həmkarı Zakir Həsənovla təlim iştirakçılarını təbrik edən H.Akar bunları bildirib:

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq”.

“İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir”, – deyə sözünə davam edib.

H.Akar Tovuzda şəhid olan hərbçiləri rəhmət və ehtiramla yad edib, çıxışını “Hamınız sağ və salamat qalın” ifadələri ilə yekunlaşdırıb.