Qazax rayonun Çaylı kəndində yol-nəqliyyat hadisəsi xəsarətlə nəticələnib.

“Qərb Xəbər”in məlumatına görə, Çaylıda avtomobil uzunqulağa qoşulmuş qoşquya çırpılıb.

Hadisə zamanı qoşqunu idarə edən şəxs xəsarət alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.