Azərbaycanda sabaha, avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin yaydığı verilən məlumata görə, Azərbaycan rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti olacaq.