Avqustun 5-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.