Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı Tovuzda xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.

APA-nın xəbərinə görə, həyata keçirilən nəzarət tədbirləri ilə rayonun Aşağı Quşçu kəndində yas mərasimi zamanı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq epidemiya əleyhinə rejimi pozan ev sahibi inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.

Bundan başqa, şəhərarası fəaliyyət göstərən bir neçə ictimai nəqliyyat vasitəsinin sürücüləri və sərnişinləri epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə məsuliyyətə cəlb edilərək cərimə olunublar. 

Tovuz rayon polis şöbəsi vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi xahiş və tələb edir.