Şəmkir rayon sakininin evində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Qurbanovun yaşadığı evə baxış zamanı “Belka” markalı yivli tüfəng aşkar edilərək götürülüb.