Ağstafa rayonunda avtomobil qoyun sürüsünə çırpılıb.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ- 2107” markalı avtomobilin Qırılı kənd sakini Asif Abbasova məxsus heyvan sürüsünə çırpılması nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub.

İlkin ehtimallara görə, hadisə sürücünün sürət həddini aşması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.