Tovuz şəhərinin Sadəddin Məmmədov küçəsində “Futbolçuların binası” kimi tanınan binanın damı iyun ayının 20-də yararsız hala düşüb.

“Qərb Xəbər” saytının əldə etdiyi xəbərən görə, binanın damı əsən güclü külək nəticəsində uçub.

Ərazidə iki-üç fəhlə gününü keçirir, problemin aradan qaldırılması istiqamətində heç bir iş görülmür. Etiraz  edən olanda da fəhlələr bu cavabı verirlər: “Biz usta deyil, adi fəhləyik. Biz bacara bilmirik”.

Sakinlərin dediyinə görə, ev-eşikləri pis günə düşüb: “İşsizlikdir, problemi özümüz həll edə bilmirik, əlaqədar qurumlardan da maraqlanan yoxdur”.