Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.

Bərdə rayonuna saat 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 m/s-dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.