Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb.

“Report” xəbər verir ki, 250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.