Ağstafa rayonunun Poylu kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 9 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.