Tovuz rayonunun inzibati ərazi vahidində yerləşən Qovlar şəhərində qaz, su, işıq yoxdur.

Bu barədə “Qərb Xəbər”ə şəhər sakinləri danışıb.

Ən çox işıqsızlıqdan və içməli su problemindən şikayətlənən sakinlər bildiriblər ki, illərdir lampa işığında yaşayır, şəhərə gələn çirkli suyu duruldub içirlər.

Qovlar 7 mart 2012-ci il tarixində şəhər statusu alıb.