Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Dəllər qəsəbəsində qeydə  alınıb. “Ford” markalı mikroavtobusla “Opel” markalı minik maşını toqquşub.

Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.