2020-ci ilin 6 ayında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ötən ilin müvafiq dövrünə nisbətən 860 mln manat və ya 40 faiz çox olmaqla, ümumilikdə 3 mlrd 59 mln manat vəsait ödənilib.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlayıb.

Onun sözlərinə görə, bu, ötən 6 ayın hər ayı üzrə 510 milyon manat, hər günü üzrə 17 milyon manat, hər saatı üzrə 710 min manat vəsait ödənişi deməkdir.