İyulun 21-də saat 18:00 radələrində Qazax rayonunun Yuxarı Salahlı və Kəmərli kəndində güclü küləklə bərabər leysan yağışı yağıb.

Bu barədə hadisənin birbaşa şahidi olan “Qərb Xəbər” saytının əməkdaşları məlumat verib.

Onların dediyinə görə, güclü külək nəticəsində Kəmərli kəndində bir çinar ağacı aşıb, evlərin damına zərər dəyib.

Bu gün isə Qazax Rayonunun İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçirib.

Qeyd edək ki, bundan əvvəl Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşdüyü barədə xəbər vermişdik.