Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılan soyadların ilk onluğunun siyahısını tərtib edib.

“Report”un yerli bürosu xəbər verir ki, Məmmədov soyadı siyahıda 5-ci yeri tutub.

Hazırda ölkədə bu soyadı 14 864 nəfər daşıyır.

Qadın soyadları arasında isə Məmmədova 2-ci yerdə qərarlaşıb. Gürcüstanda bu soyadlı 12 958 nəfər yaşayır.

Digər Azərbaycan soyadı – Əliyev isə qonşu ölkədə geniş yayılan soyadların ilk 20-liyində yer alıb. Əliyev soyadını 9 060 kişi, Əliyeva soyadını isə 8 960 qadın daşıyır.