Bu gün günün ikinci yarsında Gürcüstan-Azərbaycan sərhədinin “Qırmızı Körpü” (Sınıq Körpü) gömrük keçid məntəqəsi qarşısında, Azərbaycana dəstək aksiyası baş tutub.

24News.ge xəbər verir ki, əraziyə toplaşan gənclər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən qarşıdurma ilə bağlı Azərbayacanla həmrəy olduqlarını bildiriblər.

Aksiya iştirakçıları Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü hər zaman qorumq üçün hazır olduqlarını dilə gətiriblər.