Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan gizir Babayev Yaşar Vasif oğlu ötən gün son mənzilə yola salınıb.

“Qərb Xəbər”in məlumatına görə, 1987-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olan şəhid gizir doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Şəhid gizirin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.