“Ermənistan ötən gün Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.

“Qərb Xəbər”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, qarşı tərəf bununla Cenevrə konvensiyasının 18-ci maddəsini pozub. Həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub: “Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”.

S.Əliyeva qeyd edib ki, buna qəti etiraz edilir və bu barədə müvafiq beynəlxalq qurumlar ən qısa zamanda məlumatlandırılacaq.

Mərkəzi Xəstəxananın yaxınlığına düşən top mərmisinin fəsadları fotolarda: