Bu gün saat 12:30 radələrində Ermənistanın İcevan rayonunun Lələkənd ərazisindəki mövqelərdən Qazax rayonunun Xanlıqlar kəndinə 2 top mərmisi atılıb.

“Qərb Xəbər” saytının kənd sakinlərindən əldə etdiyi məlumata görə, mərmilərdən biri Əliyev Şirəddin Sülhiddin oğlunun, digəri isə Mehdiyev Nəsimi Nədimi oğlunun təsərrüfat sahəsinə düşüb.

Kənd sakinlərinə hər hansı bir şəkildə təlafat və maddi ziyan dəyməyib.