Bu gün saat 19:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.

Bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

Bundan əlavə, “Qərb Xəbər” saytının cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, hazırda atəş səsləri gəlməkdə davam edir.