Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub. 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

Qeyd olunub ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Sərt cavab tədbirləri görülür.