Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

“Qərb Xəbər”in müxbirinin cəbhə bölgəsində yaşayan əhalidən əldə etdiyi məlumata görə, bugünkü atışmada 3 nəfər şəhid olub, 5 nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi isə 2 nəfərin şəhid olduğunu açıqlamışdı.