Tovuz rayonunun Muncuqlu kəndində elektrik enerji dirəkləri sıradan çıxıb.

“Qərb Xəbər” saytının kənd sakinlərindən əldə etdiyi məlumata görə, bir balaca külək əsən kimi elektrik enerjisinin verilməsində fasilələr yaşanır, 152 nəfər sakin qaranlıqda qalır.

Sakinlər onu da bildiriblər ki, dəfələrlə müraciət olunmasına baxmayaraq aidiyyatı qurumlar tərəfindən problemin həlli istiqamətində konkret addım atılmayıb, hər dəfə işıq dirəklərinin tezliklə bərpa olunacağına dair söz verib sonra yaddan çıxarıblar.

Qeyd edək ki, bugünlərdə əməkdaşlarımız Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Zaur Şirəliyevin qəbulunda olub. Z.Şirəliyev Muncuqlu kəndinin elektrik xətlərinin artıq bərpa olunduğunu bildirib.