Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

İclasın gündəliyinə 17 məsələ daxil edilib.

İlk olaraq “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

“Məhkəmə-Hüquq Şurası haqqında”, “Mediasiya haqqında”, “Yol hərəkəti haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “İcra məmurları haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda, İnzibati Xətalar, Cinayət məcəllələrində, “Milli Məclisin Daxili Nizamnaməsi”ndə dəyişikliklərə baxılacaq.

“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.