İyunun 15-də Kür çayında balıq tutarkən batan şəxslərin axtarışları nəticə verib.

“Qərb Xəbər” saytının məlumatına görə, onların meyiti dünən – iyunun 17-də tapılaraq sudan çıxarılıb.

İyunun 15-də çayın Tovuz rayonunun Hunanlar (Girzan) kəndi ərazisindən keçən hissəsində 2 nəfər – Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu çayda balıq tutarkən boğulub. 

Abbas İsmayılov