Ali məktəblərə qəbul imtahanlarının iyulun sonundan keçirilməsinə başlamaq nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, imtahan tarixlərinin müəyyən edilməsi pandemiya ilə əlaqədar yaranan şəraitdən asılıdır.

B.Xəlilov qeyd edib ki, artıq 10 mindən çox subbakalavr ali məktəbə qəbul üçün qeydiyyatdan keçib. Onların 8 mini ərizəsini təsdiqlədib.