Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. 

“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmir imzalayıb.

Əmrə əsasən, Vüqar Xəlilov Ağstafa rayon Polis Şöbəsinə  təyin olunub.

O, bundan öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.