Türkiyə Azərbaycanla qarşılıqlı olaraq viza rejimini aradan qaldırıb. Belə ki, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.

Bu barədə iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”nin yaydığı məlumatda bildirilir.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” saziş təsdiqlənib.

Qeyd edək ki, bundan qabaq Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.