Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndini qonşu – Keçili, Qaranüy, Dəllər-Cəyir, Dəllər-Cırdaxan kəndlərinə birləşdirən yolda abadlıq işləri aparılıb.

“Qərb Xəbər” saytının məlumatına görə, dörd kəndin sakinlərinin hərəkət etdiyi yolda yaranmış problem kənd icma üzvləri tərəfindən aradan qaldırılıb.

Belə ki, yağış yağanda palçıqdan keçilməz olan yol buldozerlə düzləşdirilib, lazımi yerlərə xırda çay daşları verilib.

Qeyd edək ki, iki həftə öncə kənd icma üzvləri “Qərb Xəbər” saytının vasitəsilə yolda yaranmış problemin həll olunması üçün əlaqədar qurumlara müraciət etmişdi.