Tovuz rayonunda dünən axşam saatlarında işıq dirəyi dəmiryolu relsinin üzərinə aşıb. Buna səbəb güclü küləyin iri gövdəli ağacı işıq dirəyinin üzərinə yıxması olub.

“Qərb Xəbər” saytının məlumatına görə, hadisə Dəmiryolu vağzalının yaxınlığında baş verib. Nəticədə qatarların hərəkətində çətinliklər yaranıb.

Yaranmış problem bir neçə saat ərzində aidiyyatı qurumlar tərəfindən aradan qaldırılıb, qatarların hərəkəti bərpa olunub.