Qazaxda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 1 200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov saxlanılıb.