Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.