Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

Gənclər Fondundan verilən məlumata görə, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti virtual səyahət Azərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti videotəqdimat ilə davam edir.

Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür.
Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.

Azərbaycan Milli İncəsənət Muzeyinə növbəti virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

#EvdəQalEvdəÖyrən – Milli İncəsənət Muzeyi (II hissə)

#EvdəQalEvdəÖyrənMuzeylərə virtual səyahət layihəmizə Azərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti video təqdimat ilə davam edirik.Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.Vətənimizin muzey dünyasını bizimlə birgə kəşf edəcəksiniz!#MuzeylərəSəyahət #BizBirlikdəGüclüyük #evdəqal #evdəöyrən #evdəmən #museumaz #AzGF #AzərbaycanGəncliyi

Posted by Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation on Thursday, April 23, 2020
#EvdəQalEvdəÖyrən Muzeylərə səyahət. İncəsənət muzeyi. 2-ci hissə

#EvdəQalEvdəÖyrən Muzeylərə səyahət. İncəsənət muzeyi. 2-ci hissəMuzeylərə virtual səyahət layihəmizə Azərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti video təqdimat ilə davam edirik.Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür.Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.Vətənimizin muzey dünyasını bizimlə birgə kəşf edəcəksiniz!#MuzeylərəSəyahət #BizBirlikdəGüclüyük #evdəqal #evdəöyrən #evdəmən #museumaz #AzGF #AzərbaycanGəncliyi

Posted by CVN TV on Wednesday, April 22, 2020