Azərbaycanda və dünyada hökm sürən koronavirus pandemiyası bazar qiymətlərinə də təsir edib.

“Qərb Xəbər” olaraq Qazax rayonunda apardığımız araşdırmanın nəticəsi onu deyir ki, xüsusilə də meyvə-tərəvəz məhsullarının qiymətində kəskin dəyişikliklər hiss olunur.

Satıcılar bunu həm də ötən ildən məhsulların bitməsi ilə əlaqələndirirlər.

Ət və ət məhsullarının qiymətində hər hansı bir dəyişiklik yoxdur.

Meyvə-tərəvəz məhsullarının son qiymətini təqdim edirik:

Meyvə:

-alma – 1,50 – 2 azn↗️
-portağal – 2,50 azn↗️
-kivi – 2,50 azn↗️
-banan – 2,40 azn↗️

Tərəvəz:

-kələm – 80 qəp.↘️
-kök – 1,20 azn↗️
-çuğundur – 2 azn↗️
-pomidor – 2 azn↘️
-xiyar – 2 azn↘️
-kartof – 80 qəp.↗️
-soğan – 80 qəp.↘️
-tərxum – 40 qəp.↘️
-göy soğan – 30 qəp.
-keşniş – 20 qəp.↘️
-şüyüt – 30 qəp.↘️
-acıtərə – 30 qəp.↘️
-cəfəri – 30 qəp.↘️
-turp – 40 qəp.↘️
-badımcan – 3 azn↗️
-sarımsaq – 8 azn↗️
-lobya – 4 azn↗️

Qeyd edək ki, limonun topdansatış qiyməti 45 azn-dir.