Ümumtəhsil müəssisələrinin 85%-i Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Qeyd edilir ki, hesabat ilində 100-dən çox müəssisə ölkə üzrə internetə və ATŞ-ə qoşulub. Ümumilikdə şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib.

İKT-nin təhsil prosesində tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə həyata keçirilən tədbirlər intensiv davam etdirilib, təhsil müəssisələrinə 1100 ədəd proyektor, 9865 ədəd noutbuk, 450 ədəd elektron lövhə verilib, 30 ümumtəhsil müəssisəsi “Lego Education” təhsil robotları ilə, sağlamlıq imkanları məhdud 250 nəfər uşaq noutbukla təmin edilib.