“Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, yoluxmalarla bağlı proztiv məlumatlar azdır:

“Bu gün ölkədə 105 koronavirusa yoluxma faktı qeydə alınıb”.

Qeyd edək ki, dünən 717 nəfərin yoluxma faktı qeydə alındığı bildirilmişdi.