Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində atəşkəs pozulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dünən saat 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən düşmənin bölmələri tərəfin­dən iri çaplı pulemyot­lardan və snayper si­ahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib.

Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.